80 yaşlı rus qadın 3 nəfəri öldürdü, 5 polisə müqavimət göstərdi

80 yaşlı rus qadın 3 nəfəri öldürdü, 5 polisə müqavimət göstərdi –Rusiyada maraqlı olay

Rusiyanın Xabarovsk diyarında 80 yaşlı qadın 3 nəfəri öldürdüyünə görə saxlanılıb.

RİA Novosti xəbər verir ki, 52 yaşlı kirayənişini öldürüb meyitini doğrayan qadın onu saxlamağa gələn polisə müqavimət göstərərək 5 nəfəri “yerə sərib”.

Əvvəllər sallaqxanada işləmiş həmin qadın kirayənişininin doğranmış meyitinin polis tərəfindən tapılmasından sonra saxlanılıb. Evinə baxış zamanı mərhumun qanı ilə eyni çıxan qan ləkələri aşkarlanıb.

Yerli istintaq orqanlarından verilən məlumata görə, 80 yaşlı qadının daha iki nəfəri qətlə yetirməsinə dair dəlillər üzə çıxıb. Belə ki, o, 2005-ci ildə mübahisə etdiyi 80 yaşlı qonşu qadını, 2013-cü ilin mart ayında müvəqqəti olaraq evində yaşayan 77 yaşlı tanış qadını öldürübmüş. Qadın həmin şəxsləri balta ilə öldürərək meyitlərini doğrayıb zibilə atırmış.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi