
ABŞ bu ölkənin neftindən 12 milyard gəlir əldə edib-11,7 milyard dollar isə...
ABŞ bu ilin ilk doqquz ayında Venesuelanın təbii sərvətlərinin və neft ixracının satışından 12,26 milyard dollar gəlir əldə edib.
Bu barədə “Nyu York Tayms” (NYT) qəzeti beynəlxalq audit şirkəti KPMG-nin hesabatına istinadla məlumat yayıb.
Hesabata görə, yanvarın 3-dən sentyabrın sonunadək vəsaitlər ABŞ Maliyyə Nazirliyinin yaratdığı xüsusi hesaba köçürülüb. Bu məbləğin 11,7 milyard dolları Venesuelanın milli valyutasının məzənnəsini dəstəkləmək məqsədilə ölkəyə qaytarılıb, təxminən 130 milyon dollar isə xarici borcların ödənilməsinə yönəldilib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın