ABŞ-dan şok: Haftar üçün saxta pulu kim çap edib?

ABŞ-dan şok: Haftar üçün saxta pulu kim çap edib? 

Rusiyanın “Qoznak” dövlət müəssisəsi 1,1 milyard dollar dəyərində saxta Liviya pulu çap edib.

Bu məlumatı ABŞ Dövlət Departamenti yayıb. Dövlət Departamenti pulların hazırlanması üçün sifarişin “qeyri-legitim instansiya"dan gəldiyini bildirib.

Saxta Liviya pulları Malta təhlükəsizlik orqanları tərəfindən aşkarlanıb.

Bəyanatda ABŞ ölkədə yeganə legitim bank kimi Tripolidəki Mərkəzi Bankı tanıdığını qeyd edib:

“Rusiyada çap edilən saxta Liviya valyutası ölkənin iqtisadi problemlərini dərinləşdirib. Rusiya Liviyadakı situasiyanı destabilizasiya etməkdən imtina etməlidir”./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi