ABŞ-ın neft maqnatları Trampa xəbərdarlıq etdilər

ABŞ-ın neft maqnatları Trampa xəbərdarlıq etdilər 

ABŞ-ın iri neft şirkətləri Hörmüz boğazından keçən gəmilər üçün İranın rüsumlar tətbiq etməsinə qarşı çıxırlar.

Bu barədə “Politiko” məlumat yayıb.

“Onlar Ağ Evə xəbərdarlıq ediblər ki, hər keçid üçün təxminən 2-2,5 milyon dollarlıq rüsumların tətbiqi və sığorta xərclərinin artması qlobal neft qiymətlərinin daha da yüksəlməsinə və hətta şirkətlərin sanksiyaları pozmasına səbəb ola bilər”, - məlumatda qeyd olunub.

Neft şirkətlərindən birinin rəhbəri nəşrə açıqlamasında Trampın Hörmüz boğazı təklifinə etiraz etmək üçün Ağ Ev, Dövlət Departamenti və vitse-prezident Venslə əlaqə saxladıqlarını təsdiqləyib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi