ABŞ-ın Rusiyaya yeni sanksiyası Türkiyəni də “vurdu”

ABŞ-ın Rusiyaya yeni sanksiyası Türkiyəni də “vurdu” 

Noyabrın 2-də ABŞ Rusiya üçün sanksiya siyahısına 150-dən çox qurumu, o cümlədən 37 fiziki şəxsi əlavə edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Qara siyahıya Çin, BƏƏ, Türkiyə, Kipr, İsveçrə, Monqolustan və Özbəkistan şirkətləri də daxil edilib.

Sanksiyalara Rusiya Sənaye və Ticarət Nazirliyinin rəis müavini Aleksey Besprozvannıx, Rusiya energetika nazirinin müavini Anastasiya Bondarenko, Rusiya fövqəladə hallar nazirinin müavini Aleksey Serko və s. daxildir. Həmçinin Çeçenistan Respublikası hökumətinin sədr müavini Yakub Zakriyevə qarşı da sanksiyalar tətbiq edilib.

İrlandiya, Latviya, Kipr və Türkiyə vətəndaşları da siyahıya əlavə edilib.

Sanksiyalar banklar, sənaye və ticarət firmaları, enerji sektoru şirkətləri və təhsil müəssisələrini əhatə edib.

Yeni sanksiyalar Rusiyaya çox lazım olan texnologiya və avadanlığı üçüncü ölkələrdən verməklə Ukraynada Rusiyaya yardım edən şəxslərə və strukturlara qarşı yönəlib. Qeyd olunur ki, yeni tədbirlər həm də Rusiyanın daxili sənaye bazasına yönəlib.

Bundan əlavə, sanksiyaların Rusiyanın enerji istehsalı və bununla bağlı gəlirlərin əldə edilməsi perspektivlərinə, metallar və mədənçıxarma sektoruna, müdafiə təchizatına, habelə Rusiya hökumətinin hərbi səylərini dəstəkləməkdə iştirak edənlərə qarşı yönəldiyi qeyd edilir./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi