ABŞ: Rusiya hərbi sənayesini məhv edəcəyik

ABŞ: Rusiya hərbi sənayesini məhv edəcəyik 

ABŞ ilk növbədə Rusiya hərbi sənaye kompleksinə qarşı iqtisadi və maliyyə təzyiqi tətbiq edəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ maliyyə nazirinin müavini Uali Adeyemo bildirib.

“Rusiyaya və onun əsas maliyyə qurumlarına qarşı sərt maliyyə sanksiyaları tətbiq etməyimizə baxmayaraq, işimizin növbəti mərhələsi Rusiya hərbi maşınını parçalamaq, onların hərbi sənaye kompleksini və onun təchizatını məhv etmək olacaq”, - o bildirib.

Adeyemo qeyd ki, Rusiyanın Ukraynada başlatdığı müharibə rəsmi Kremlin təxminindən daha uzun çəkdi:

“Bu, o deməkdir ki, rus qoşunları itkiləri əvəz etməli və təchizatı artırmalıdır. Bunun baş verməməsi üçün biz sanksiyalardan və ixrac məhdudiyyətlərindən istifadə etməyə, Rusiyanı çox ehtiyac duyulan resurslardan məhrum etməyə və diqqəti aerokosmik, elektronika və müdafiə ilə bağlı digər sektorlara yönəltməyə çalışırıq. Rusiyanın işğalı davam etdikcə, ABŞ Rusiyaya sanksiya təzyiqlərini artırmağa davam edəcək”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər