“Açıqlama istədilər, danışa bilmədim...” — Pənah Hüseyn QƏHƏRLƏNDİ

“Açıqlama istədilər, danışa bilmədim...” — Pənah Hüseyn QƏHƏRLƏNDİ 

"İsgəndər Həmidovun yeri həmişə görünəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq baş nazir Pənah Hüseyn keçmiş daxili işlər naziri İsgəndər Həmidovun ölümündən danışarkən deyib. 

 Pənah Hüseyn danışmağa hazır olmadığını bildirib:

 "Çox ağır gün oldu. Bu gün mənə aramsız zənglər olub. İsgəndər bəylə bağlı açıqlama isdədilər, amma danışa bilmədim. Dəfndən təzəcə gəlmişəm. Azərbaycan çox görkəmli şəxslərindən birini itirib. İsgəndər Həmidov bir sıra hadisələrə damğasını vurub. Düşünürəm ki, onun yeri görünəcək. Allah rəhmət eləsin”.

 Qeyd edək ki, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov bu gün - fevralın 26-da vəfat edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi