ADAU-da “Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib

ADAU-da “Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib 

11 iyun 2020-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Xəzər Universiteti ilə birgə “Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

Konfransın məqsədi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.

Tədbirdə universitetin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin “Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinqi” şöbəsinin müdiri Tofiq Rzayev, Meyvəçilik və Çayçılıq ETİ-nun direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Vahid Əliyev, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin “Bitkiçilik” şöbəsinin müdiri İlqar Həsənov, Xəzər Universiteti “Həyat elmləri” departamentinin dosenti Cavid Ocaqi və digər mütəxəssislər çıxış ediblər.

Məruzələr əsasən çayçılığa dövlət dəstəyinin prioritet istiqamətləri, dünyada və Azərbaycanda çayçılığın tarixi və inkişaf meyilləri, çayçılıq sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, çay istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqi və digər məsələlər ətrafında aparılıb.

ADAU-da “Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilibADAU-da “Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilibADAU-da “Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilibADAU-da “Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi