ADAU-nun tələbəsi Macarıstanda “Ən yaxşı Erasmus tələbəsi” adına layiq görülüb

ADAU-nun tələbəsi Macarıstanda “Ən yaxşı Erasmus tələbəsi” adına layiq görülüb 

Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq əlaqələrinin genişlənməsi ilə əlaqədar mübadilə proqramlarında iştirak edən tələbələrin sayı xeyli artıb. Universitetin qoşulduğu beynəlxalq mübadilə proqramlarından biri də Erasmus+ proqramıdır.

Faktinfo.az xəbər verir ki, bu proqram çərçivəsində universitet tələbələri Avropanın bir sıra, o cümlədən Macarıstanın ali təhsil müəssisələrində uğurla təhsil alır. Bu yaxınlarda universitetin “iqtisadiyyat” ixtisası üzrə  III kurs tələbəsi Leyla Aydınova Macarıstanın Dunayvaroş Universitetində Erasmus+Proqramı çərçivəsində təhsilini uğurla başa vurub. L.Aydınova adıçəkilən universitetin tələbələri arasında “İqtisadiyyat” üzrə keçirilən istedad yarışında birinci yeri tutaraq “Ən yaxşı Erasmus tələbəsi” adına layiq görülüb. 

ADAU-nun tələbəsi Macarıstanda “Ən yaxşı Erasmus tələbəsi” adına layiq görülüb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi