ADİU-nun işdən azad edilən müəlliminin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq

ADİU-nun işdən azad edilən müəlliminin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq 

İxtisar adı ilə işdən azad edilən, Azərbaycan Dövlət İqtisad Universitetinin " Rus dili" kafedrasının müəllimi Zərifə Mansurovanın şikayətinə 09 iyul 2018-ci il tarixində saat 10:45 -də Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılacaq.

Bu barədə Faktinfo.az-a  Zərifə Mansurovanın özü məlumat verib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və digər rəhbər şəxslərə müraciət edən  Zərifə Mansurova onu da bildirir ki,o haqq və hüququnun bərpası üçün bütün məhkəmə instansiyalarına  müraciət edəcəkdir. 

Məlumat üçün qeyd edək ki,bir müddət əvvəl Z. Mansurova ölkə KİV-lərinə müraciət ünvanlamış,həmçinin  Baş prokuror Zakir Qaralovdan  ADİU-da baş verən neqativ halları şəxsi nəzarətinə götürməyi xahiş etmişdi.

ADİU-nun işdən azad edilən müəlliminin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi