Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinə ayrıldı

Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinə ayrıldı 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinin qəbulu üçün istifadə edilən tibb müəssisələrinin siyahısına daxil edilib.

Xəstələrin verdiyi məlumata görə, artıq xəstələr bu institutdan köçürülür. Bu məlumatı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova təsdiqləyib.

O, bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tibb müəssisələrinin koronavirus xəstələrinin qəbulu üçün hazırlanması prosesi normaldır:

“Xəstələrimiz də digər belə xəstələr üçün nəzərdə tutulmuş dispanserlərə köçürülür. Biz xəstələrimizi çölə atmırıq ki. Onların müalicəsi köçürülən tibb müəssisələrində davam etdiriləcək”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi