Ağdamda borclu abonent “Azərişıq”ın işçilərini bıçaqladı

Ağdamda borclu abonent “Azərişıq”ın işçilərini bıçaqladı 

Ağdamda abonent “Azərişıq” ASC-nin iki işçisini bıçaqlayıb, birini döyüb.

Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

 “Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsinin əməkdaşları - Mirzəyev Tariyel və Mirzəyev Şükür borclu abonent tərəfindən bıçaqlanıblar.

 İdarənin digər işçisi Elşən Əzizovu isə döyülüb. İlkin məlumata görə, hadisəni törədən şəxs borcu çox olduğundan elektrikin verilişinin dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.

 Faktla bağlı araşdırma aparılır.

 Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

APA.az

Qeyd edək ki, Lənkəran şəhərində işığı kəsilən digər abonent Sabir Əliyev  Azərişıq əməkdaşı Rauf Kərimovun işıq xətti kəsilməsi səbəbindən  ikinciyə məxsus “VAZ 21015” markalı avtomobilinin üzərinə benzin tökərək yandırıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər maşını söndürüblər.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər