Ağstafada bələdiyyə sədrinə cinayət işi açılıb-

Ağstafada bələdiyyə sədrinə cinayət işi açılıb- Təsnifat üzrə bələdiyyə torpaqlarının son 5-10 ildə 2007-ci il tarixindən əvvələ...

Ağstafa rayonunun Tatlı kənd bələdiyyəsində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon Prokurorluğunda araşdırma aparılıb.

Faktinfo.az xəbər verir ki,bu barədə Yeniavaz.com-a Ağstafa Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırma ilə müəyyən edilib ki, Tatlı bələdiyyəsinin sədri Qənbər İsmayılov xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edərək 2017-ci ildə ayrı-ayrı şəxslərə ümumilikdə 5 min manat məbləğində pul müqabilində hər biri 0,12 ha olmaqla torpaq sahəsi sataraq onları 2006-cı il tarixinə sənədləşdirib rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.

Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

Faktinfo.az onu da bildirir ki,Ağstafa rayonunun onlarla kəndində torpaq üzərində mülkiyyət hüququna dair müvəqqəti və daimi olmaqla pozulmuş hüquqlara dair məhkəmə çəkişməsi var.Təsnifat üzrə bələdiyyə torpaqlarının son 5-10  ildə 2007-ci il tarixindən əvvələ "rəsmiləşdirilərək" satılması, onlarla sahibkarın hüququnu pozub.Bu səbəbdən son 5 -10 ildə bələdiyyə torpaqlarının kimlərə verilməsinə dair icarə müqavilələrinə baxılarsa,əmr kitablarında sıra nömrəsi üzrə icarə müqavilələrinə dair çıxarılmış aktlara nəzər yetirilərsə nömrələnmə ardıcıllığının pozulması aşkarlanar.Nəticədə möhürü və ştanpı Ərazi İcra Nümayəndələrinin cibində gəzən onlarla bələdiyyə sədri məsuliyyətə cəlb oluna bilər. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər