Ağstafada iki azyaşlını maşın vurdu, onlardan biri dünyasını dəyişdi

Ağstafada iki azyaşlını maşın vurdu, onlardan biri dünyasını dəyişdi 

Ağstafada piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.

Faktinfo.az APA.az-a istinadən xəbər verir ki,hərəkətdə olan yük maşını iki azyaşlını vurub. 10 yaşlı Məmmədova Nuray Abdulnasir qızı hadisə yerində ölüb, 5 yaşlı Hüseynova Aysel Elmir qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi