
Ağstafada özbaşınalıq: Vətəndaşın qanuni torpağını başqasına satıblar — FOTO
Ağstafa şəhəri, Heydər Əliyev prospekti, 53 ünvanında vətəndaş Elşən Musayevə məxsus torpaq sahəsi rayon sakini Mircəlal Mahmudov tərəfindən mənimsənilib.
Qeyri-qanuni yollarla ələ keçirilən ərazi üzrə məhkəmə prosesinin davam etməsinə baxmayaraq tikinti işlər davam edir.
XəzərNews.az xəbər verir ki, zərərçəkmişin vəkili Emin Zeynalov 24.07.2025-ci il tarixdə Ağstafa rayon icra məmurlarının iştirakı ilə mübahisəli ünvanda məhkəmə qərarı ilə tikinti işlərinin dayandırılmasını bu işləri icra edən şəxslərə elan olunduğunu bildirib.
“Göründüyü kimi bu şəxslər məhkəmə qərarını nəzərə almırlar”,- deyən vəkil paylaşımına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini də işarələyərək tədbirlər görülməsini xahiş edib.
Qeyd edək ki, sözügedən ərazinin ilk sahibi Elşən Musayev torpağı 19 fevral, 2004-cü il tarxidə Ağstafa Bələdiyyəsindən alqı-satqı yolu ilə alıb, 19.09.2007-ci ildə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin plan ölçüsü” təsdiqlənib və nəhayət 08 oktyabr, 2008-ci ildə rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə tikintisinə icazə verilib. Lakin sonradan sözügedən ərazi qeyri-qanuni yollarla başqası tərəfindən ələ keçirilib.
Hazırda iş üzrə məhkəmə prosesi gedir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın