
Akademik Rasim Əliquliyev TV1-də çıxış edib – VİDEO
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev TV1-də “Akademik söhbət” verilişinin qonağı olub.
Akademik Rasim Əliquliyev ölkəmizdə son 20 il ərzində informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən süni intellektin tətbiqi istiqamətində aparılan islahatlardan bəhs edib, innovativ ekosistemin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Verilişdə həmçinin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə müzakirə olunan məsələlərdən irəli gələn vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Faktinfo.az












Bu xəbər üçün şərh yazın