Akardan Bakıda qürurverici sözlər: Güclü ordu ilə...

Akardan Bakıda qürurverici sözlər: Güclü ordu ilə... 

Türkiyə və Azərbaycan iki ayrı dövlət olsa da, eyni millətin övladlarıdır.

Bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, bizim tariximiz, dilimiz və mədəniyyətimiz birdir:

“Eyni zamanda, canımız, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasındakı münasibətlər həqiqi qardaşlıq münasibətidir. İki bədəndə bir can olan bu qardaşlıq bizim üçün əvəzedilməzdir”.

Nazir qeyd edib ki, hər sahədə birlikdə reallaşdırdığımız layihələr ölkələrimizi daha güclü edir və bölgəmizin gələcəyini formalaşdırır:

“Gördüyümüz işlər təkcə Azərbaycan və Türkiyə ilə bağlı deyil, eyni zamanda bölgənin gələcəyinə çox əhəmiyyətli bir töhfə verir. Türkiyə və Azərbaycan dərin köklü tarixi, dinamik əhalisi, böyüyən iqtisadiyyatı və güclü ordusu ilə həm Qafqazda, həm də bölgəmizdəki əmin-amanlıq, sülh və sabitliyin qarantı olmağa davam edəcək. Keçirilən təlimlər də bu səylərimizin göstəricisidir”./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi