"AKINCI KIZILELMA"DAN TARİXİ UĞUR - "F-16" təyyarəsini "vurdu" +

"AKINCI KIZILELMA"DAN TARİXİ UĞUR - "F-16" təyyarəsini "vurdu" + VİDEO

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" daha bir tarixi sınağı uğurla tamamlayıb. 

Türk Hava Qüvvələrinə məxsus iki "F-16" təyyarəsinin də iştirak etdiyi test zamanı "Kızılelma" milli "AESA" radar sistemi "Murad" vasitəsilə hədəf "F-16"-ya kilidlənib və həyata keçirilən simulyasiya atışında tam hədəfini uğurla vurub.

Tekirdağ Çorlu şəhərində yerləşən "AKINCI" Uçuş Təlim və Test Mərkəzindən havaya qalxan "Kızılelma" orta hesabla 15 min fut yüksəklikdə 1 saat 45 dəqiqəlik uçuş icra edib. Bu müddətdə pilotsuz döyüş təyyarəsi həm "F-16"-larla birgə uçuş həyata keçirib, həm də milli radar və mühimmat sistemlərinin inteqrasiyasını uğurla doğrulayıb.

Testin ən kritik hissələrindən biri də təyyarə, radar və raket arasında məlumat ötürmə mexanizminin sınaqdan keçirilməsi olub. "Kızılelma" hədəfə kilidləndikdən sonra "Murad AESA" radarının verdiyi anlıq mövqe, sürət və hədəf məlumatlarını "Gökdoğan" raketinə fasiləsiz şəkildə ötürüb./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi