Akşenərdən sərt sözlər: "5 siyasi partiya şəxsi ambisiyalarını Türkiyədən üstün tutdu"

Akşenərdən sərt sözlər: "5 siyasi partiya şəxsi ambisiyalarını Türkiyədən üstün tutdu" 

Türkiyədə seçkiqabağı əsas müxalifət partiyalarının yaratdığı “Millət” İttifaqının qurucularından biri, İYİ Partiyanın sədri Meral Akşenər ana müxalifət Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Klıçdaroğlunun müxalifətin vahid namizədliyini dəstəkləməkdən imtina edib.

Faktinfo.az xəbər verir  ki,Akşenerin açıqlamalarında diqqət çəkən bir sıra məqamlar digər partiya sədrləri tərəfindən kəskin etirazla qarşılanıb.(gün ərzində bu barədə məlumat verəcəyik)

Hələlik,Akşenerin sərt təpkilərə səbəb olub olan fikirlərindən bir parçanı təqdim edirik:Onun mətbuat üçün açıqlamasında deyir:

"Seçimimiz dünən də bəlli idi, bu gün də.Rəqibimiz kim olursa olsun, etirazımız, mübarizəmizi davam etdirəcəyik.Biz bu günlərə çirkin sövdələşmələri rədd edərək gəlmişik. 

Dünən kimin birgə namizəd olacağını müzakirə etdik. 5 siyasi partiya tək bir ad dilə gətirərək Kılıçdaroğlunun namizədliyi ilə bağlı fikirlərini bildirib. 3 ildən artıqdır küçələrdə tez-tez eşitdiyimiz və uzun müddətdir bütün anketlərdə cənab Ərdoğana qalib gələn iki adla bağlı fikrimizi bildirdik. Bunlar Mənsur Yavaş və Əkrəm İmamoğlu idi. Başa düşdük ki, kiçik çıxarlar 85 milyonun mübarək qələbəsindən üstün tutuldu. Şəxsi ambisiyaları Türkiyədən üstün tutdular.

Təəssüflə demək istəyirəm ki, altılı masa millətin iradəsini, qərarlarını əks etdirmək qabiliyyətini itirib.Bu qurum ümumi ağıl platforması olmaqdan çıxdı. Alternativlərin qara siyahıya salındığı notarius kontoruna çevrilib.Biz qumar masasında və ya notarius masasında olmayacağıq.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi