Alı Alıyev Üçüncü Zobucuq qəsəbəsində səyyar qəbul keçirib

Alı Alıyev Üçüncü Zobucuq qəsəbəsində səyyar qəbul keçirib 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü məcburi köçkünlər üçün salınmış Üçüncü Zobucuq qəsəbəsində keçirilib.

Səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.

O,qeyd edib ki, Üçüncü Zobucuq qəsəbəsində hal-hazırda 1662 nəfər yaşayır. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 1662 nəfərə hər ay 99720 manat vahid aylıq müavinət ödənilir, 22 ailəyə ünvanlı sosial yardım təyin edilib, 9 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Üçüncü Zobucuq qəsəbəsində 4 şəhid ailəsi, 11 Qarabağ müharibəsi əlili vardır. Qəsəbə sakinlərindən 255 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Qəsəbə sakinlərindən 186 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.

Üçüncü Zobucuq qəsəbəsində məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. 2019-2020-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 745 kq barama istehsal olunub. Qəsəbə sakinlərinə ötən təsərrüfat ilində becərdikləri əkin sahələrinə görə dövlət tərəfindən 27430 manat subsidiya ödənilmişdir.

Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Alı Alıyev Üçüncü Zobucuq qəsəbəsində səyyar qəbul keçiribAlı Alıyev Üçüncü Zobucuq qəsəbəsində səyyar qəbul keçiribAlı Alıyev Üçüncü Zobucuq qəsəbəsində səyyar qəbul keçiribAlı Alıyev Üçüncü Zobucuq qəsəbəsində səyyar qəbul keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər