Almaniya azərbaycanlı qaçqınları geri göndərəcək

Almaniya azərbaycanlı qaçqınları geri göndərəcək 

Almaniya aralarında azərbaycanlı sığınacaq axtaranların da olduğu 4 184 nəfəri ölkədən çıxarmağa hazırlaşır.

Almaniya Federal Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, bu ilin mart ayında koronavirus pandemiyası səbəbindən qaçqın və miqrantların ölkədən çıxarılmasına ara verilməsi ilə bağlı verilən qərar artıq qüvvədən düşüb.

Federal hökumət Dublin sazişinə görə sığınacaq axtaranların ayaq basdıqları ilk Avropa Birliyi (AB) ölkələrinə göndərilməsi ilə bağlı deportasiya prosesini həyata keçirəcək. Aralarında Azərbaycan, Türkiyə, İran, İraq, Əfqanıstan, Gürcüstan, Ermənistan, Rusiya, Türkmənistan, Qazaxıstan kimi ölkələrin vətəndaşlarının olduğu 4 184 nəfər barəsində Almaniya Qaçqın və Miqrantlarla iş üzrə Federal İdarənin (BAMF) qərarı var. Həmin qərarda göstərilib ki, sığınacaq axtaranlar ilk ayaq basdıqları və viza aldıqları AB ölkələrinə göndəriləcəklər. BAMF Dublin sazişini rəhbər tutaraq onların miqrasiya idarələrində birinci dindirilmədən sonra işlərini dayandıraraq baxılması üçün müvafiq AB ölkələrinə göndərib.

Məlumat üçün bildirək ki, Almaniya iyunun 15-də koronavirus pandemiyası səbəbiylə üç ay öncə bağladığı quru sərhədlərini yenidən açıb. /report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi