AMEA-da növbəti dəfə əməkdaşların vaksinasiyası həyata keçirilib

AMEA-da növbəti dəfə əməkdaşların vaksinasiyası həyata keçirilib 

Azərbaycan Milli Elmlər Akademiyası “TƏBİB”-in Cəlil Məmmədquluzadə küçəsində yerləşən modul tipli xəstəxanasında 13 aprel 2021-ci il tarixində 40-49 yaş qrupundan olan akademiya əməkdaşlarının vaksinasiyasını təşkil edilib.

Faktinfo.az xəbər verir ki,200-dən artıq əməkdaş peyvənd olunub. Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar.

Qeyd edək ki, öncəki iki vaksinasiyanın birinci mərhələsində vaksin olunan əməkdaşlar ikinci vaksinasiyada da iştirak edib və heç bir əks göstərişlə rastlaşmayıblar.

Digər tərəfdən tibbi personalın peşəkarlığı və pasiyentlərə qarşı diqqətliliyi yüksək səviyyədə olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi