AMEA Ramiz Mehdiyevdən birdəfəlik imtina edir... - Onunla bağlı keçmişi də...

AMEA Ramiz Mehdiyevdən birdəfəlik imtina edir... - Onunla bağlı keçmişi də... 

Azərbaycan Milli Elmlər Akademiyası bundan öncəki prezident Ramiz Mehdiyevin adını qurumun sabiq prezidentləri siyahısına salmayıb.

Faktinfo.az Dia.az-a istinadən xəbər verir ki, qurumun saytının “AMEA haqqında” bölməsində akademiyanın keçmiş rəhbərlərinin adı qeyd edilib. Həmin siyahıda akademik Ramiz Mehdiyevin adı yazılmayıb.

Xatırladaq ki, Ramiz Mehdiyev 23 oktyabr 2019-cu ildən 14 fevral 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib. Ondan öncə həmin vəzifəni icra edən Akif Əlizadə də daxil olmaqla siyahıda 10 nəfərin adı yer alıb.

Qeyd edək ki, hazırda AMEA-nın prezidenti İsa Həbibbəylidir.

AMEA Ramiz Mehdiyevdən birdəfəlik imtina edir...

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi