AMEA Ramiz Mehdiyevlə bağlı məlumat yaydı:

AMEA Ramiz Mehdiyevlə bağlı məlumat yaydı: Böhtan atmaq, yalan məlumatları tirajlamaq...

“Son günlər bəzi ölkə KİV-lərində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı əsası olmayan, böhtan xarakterli məlumatlar yayılır.

Bir daha mətbuatdakı həmkarlarımızın diqqətinə çatdırırıq ki, jurnalistlərin başlıca missiyası cəmiyyəti həqiqi və obyektiv məlumatlarla təmin etməkdən ibarətdir. Kiminsə sifarişi əsasında başqalarına böhtan atmaq, yalan məlumatları tirajlamaq gerçək qələm sahiblərinə yaraşan davranış tərzi deyil”.

Faktinfo.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mətbuat və informasiya şöbəsinin axşam saatlarında yaydığı açıqlamada belə yazılıb.

Daha sonra qeyd olunur ki, akademik Ramiz Mehdiyev "Azərbaycan dövlətçiliyinə 49 il sədaqətlə xidmət edib", Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin etibarlı silahdaşı olmuş tanınmış dövlət və elm xadimidir.

“Dövlət qarşısındakı xidmətlərinə görə Ramiz müəllim ölkəmizin ali orden və mükafatları ilə, o cümlədən ölkənin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edilib. Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti postunda bu gün də həmişə olduğu kimi ölkə başçısı İlham Əliyevin yürütdüyü idarəçilik xəttinə sadiq qalmağa və onun tapşırıqlarını öz fəaliyyətində rəhbər tutmağa davam edir”, - müəllif bildirir.

Açıqlamada daha sonra vurğulanır ki, Ramiz Mehdiyevin fəaliyyətinə dövlət rəhbərliyi tərəfindən daim yüksək qiymət verilib: “Ona görə də böhtan xarakterli yazılarla öz aləmlərində Ramiz Mehdiyevi gözdən salmaq, onu ləkələmək istəyənlər ilk növbədə mənəvi eybəcərliklərini, qeyri-peşəkarlıqlarını nümayiş etdirirlər. Hər bir KİV redaktoru cəmiyyətə ötürdüyü məlumatın ciddiliyinə, doğruluğuna cavabdehlik daşımalı, ayrı-ayrı şəxslərin yox, ictimai sifarişin ifadəçisi qismində çıxış etməyi bacarmalıdır. Öz informasiya siyasətində bu meyarı qulaqardına vuran KİV-lər ilk növbədə öz oxucu auditoriyalarına hörmətsizlik etdiklərini unutmamalıdırlar”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi