Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü-

Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü- Fotolar

Yanvarın 29-da 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Yemişənli, Dəymədərə və Padar kəndlərində seçicilərlə görüşüb.

Deputatlığa namizədin seçki qərargahından Faktinfo.az-a verilən məlumata görə,görüş zamanı o, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bölgələrin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarından danışaraq son illərdə respublikanın bütün şəhər, rayon və qəsəbələrində sürətlə davam edən inkişaf barədə geniş məlumatlar verib. Həmçinin seçiciləri maraqlandıran bir çox məsələlər barədə müakirələr aparılıb,qanunvericilik sahəsindəki yeniliklərdən, beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzundan, bu sahədə dövlət başçısının əzmkar fəaliyyətindən söhbət açılıb.

Görüşlərdə çıxış edən seçicilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət etdiyini qeyd ediblər. Onlar Yemişənli və Padar kəndlərində məktəb binalarının yenidən inşa olunmasına görə aidiyyəti dairələrə minnətdarlıq bildiriblər. Müasir tələblərə uyğun inşa edilən yeni məktəb binasının şagirdlərin və məktəb kollektivinin böyük sevincinə səbəb olduğunu, təhsilin inkişafına daha çox töhfələr verə biləcəklərinə əminliklərini ifadə ediblər. Seçicilərlə müzakirələr aparılarkən onlar bu kəndlərə içməli su, rabitə xəttinin çəkilməsi və örüş yerlərinin ayrılmasına çox böyük ehtiyac olduğunu diqqətə çatdırıblar. Aqiyə xanım qeydlər götürərək bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.

Seçicilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına layiqli töhfələr verdiyini də ifadə ediblər.Eləcə də seçicilər Aqiyə Naxçıvanlıya bildiriblər ki, əvvəlki seçkilərdə olduğu kimi budəfəki parlament seçkisində də daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklər.

Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü-Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü-Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü-Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü-Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü-Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü-Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü-Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü-Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü-Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü-Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü-Aqiyə Naxçıvanlı 3 kənddə seçiciləri ilə görüşdü-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi