Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib,milyardlar havaya sovrulub

Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib,milyardlar havaya sovrulub -EKSPERT ŞƏRHİ

Son 7 ildə aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya sovrulub.

Faktinfo.az Gununsesi.info-ya istinadla xəbər verir ki, bunu siyasi şərhçi Elçin Rüstəmli sosial şəbəkə hesabında yazıb.

"Hesablama Palatasının 2025-cil büdcəsinə rəyindən belə qənaətə gəlmək olur:


Aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artıb, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2% azalıb”– deyə E.Rüstəmli əlavə edib.

Onun sözlərinə görə, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnozundan 41,6 mln. manat və ya 9,4% çoxdur. ” Subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9,4% artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0,1 faiz bəndi olması gözlənilir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi