
ADSEA-ya növbəti quda gəldi: "Nəzarətə nəzarət" qayına tapşırıldı - DƏLİXANADIR, VALLAH...
Mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modelinin tətbiqi barədə yazılar yazılıb. Agentliyin sədri Zaur Mikayılovun bir qudası - aparat rəhbəri Fuad Quliyev, digər qudası müşavir Əsəd Şirinovdur. Bundan başqa Fuad Quliyevin daha bir ailə üzvü ADSEA-da kommunikasiya şöbəsində məsul vəzifədə çalışır.
Faktinfo.az "DİA-AZ"-a istinadən xəbər verir ki, qohum-quda ənənəsini İri Şəhərlərin Birləşmiş Su Təchizatının rəhbəri - sədr əvəzi Tahir Xəlilov da davam etdirir. Belə ki, o, qaynı Ramin Abdurrəhmanovu Gəncə Sukanal İdarəsinə rəis müavini təyin etdirib. T.Xəlilov daha bir qohumunu - xalası oğlu Sərxan Orucovu aparat rəhbəri Fuad Quliyevin xeyir-duası ilə Yasamal Sukanal İdarəsinə rəis təyin etdirib.
Redaksiyamız son olaraq məlumat daxil olub ki, "qudalar agentliyi"ndə daha bir heyrətamiz qohumbaz təyinat baş verib. Belə ki, ADSEA-dan sızdırılan məlumatda qeyd olunur ki, Zaur Mikayılov Azər adlı qaynını özünə sürücü-köməkçi götürüb. Təsəvvür edirsinizmi? O, rəsmiyyətdə sürücü-köməkçi olsa da, faktiki agentliyin heyətinə əsas adamlarından biri kimi təqdim olunub və əksər proseslərə müdaxilə, nəzarət edir. Hətta o, kadr siyasətinə, hansı media, ictimai təşkilat, QHT ilə əməkdaşlığa müdaxilə edir. Beləliklə bu agetlik faktiki olaraq ailə podratına çevrilib və bunun nəticəsidir ki, ölkənin su-kanalizasiya sistemi bərbad durumdadır. Dövlət baba bu quruma təcili müdaxilə etməli və baş verən və verəcək fəlakətlərin qarşısını almalıdır.












Bu xəbər üçün şərh yazın