Araq adları hansı məntiqlə seçilir?

Araq adları hansı məntiqlə seçilir? -"Topçu Vüsal, Nizami, Botanika və s."

Ölkəmizdə istehsal olunan spirtli içkilərin, xüsusən də araq məhsullarının hansı keyfiyyətdə olması heç kəsə sirr deyil.

Bu barədə çox yazılıb, çox deyilib. Həmin araq məhsulları əksər hallarda, o qədər keyfiyyətsiz şəkildə hazırlanır ki, onları qəbul edənlərin səhhətində sonradan ciddi fəsadlar yaranır, bəzən isə zəhərlənmələrə və hətta ölüm hallarına gətirib çıxarır.

Faktinfo.az xəbər verir ki,belə araqların vətəndaşlarımıza sırınması nə qədər narahatlıq yaradırsa, həmin məhsullara verilən qeyri-adi adlar da bir o qədər təəccüb və təəssüf doğurur. Gəlin bu adların bir neçəsinə diqqət yetirək: Topçu Vüsal, Nizami, Botanika və s. 2020-ci ildə yaşadığımız II Qarabağ müharibəsinin qəhrəmanlarından olan və məlum videosüjetdən sonra məşhurlaşan döyüşçümüzün şərəfinə belə bir ad seçilməsi bütövlükdə ordumuza qarşı hörmətsizlik kimi başa düşülə bilərdi.

Xatırladaq ki, o vaxt məhz igid topçumuzun özünün ciddi iradından və ictimai qınaqdan sonra sözügedən adda araqların istehsalına son verildi.

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilmişdi. Görünür ki, araq istehsalçıları dahi şairin 880 illik yubileyinə öz “töhfə”lərini vermək məqsədilə “Nizami” adlı arağı xalqımıza “ərmağan” etdilər.. Bu da ciddi narazılığa səbəb oldu,arxasından qaçdılar.Ancaq bir şeyi unutdular ki, dünya şöhrətli şair öz dövründə Şeyx Nizami kimi tanınıb, yəni adından da göründüyü kimi, dinə bağlı, Allah adamı olub. Belə bir şəxsin adını araq,konyak şüşəsinin üstünə yazmaq hansı məntiqə sığırdı? Günah deyildimi belə bir iş görmək?

Son vaxtlar isə istehsal olunan  araq şüşələrindən birinin  üzərinə “Botanika” yazılması faktı da başa düşülən deyil. Axı botanika sözünün, botanika aləminin spirtli içkiyə nə aidiyyatı var?Botanika deyiləndə "Botanika kitab"ı, "Botanika İnstitutu", təbiət,elm başa düşülür.Adam ağlına sığışdıra bilmir ki,bu adda araq olar.Ona görə də ağlı başında olan düşünməyə bilmir-bunu hansı ağıllı düşünüb,istehsal etdiyi arağa ad olaraq qoyub.

Ehtimal etmək olar ki, adlarla bağlı qərar qəbul edənlər həmin anlarda spirtli içkinin təsiri altında olurlar. Yoxsa ki, ağlı başında olan bir kəs belə biabırçı əmələ yol verməz.

Faktinfo.az

Araq adları hansı məntiqlə seçilir?
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi