Argentina yığması 69 il sonra nəticəni dəyişdi

Argentina yığması 69 il sonra nəticəni dəyişdi 

Braziliya millisi dünya çempionatının seçmə mərhələləri tarixində ilk dəfə evdə məğlub olub.

Faktinfo.az xəbər verir ki, bu, “sambaçılar”ın DÇ-2026-nın seçmə mərhələsində Argentina yığmasına 0:1 hesabı ilə uduzduqları oyuna təsadüf edib.

Cənubi Amerika təmsilçisi bunadək keçirdiyi 64 ev matçından 51-də qələbə qazanmış, 13-də isə heç-heçə etmişdi. Braziliyalı millisinin seçmə mərhələdə 64 oyunluq uğurlu seriyası 1954-cü ildə Çili yığmasına qarşı keçirdikləri debüt qarşılaşmasından (1:0) sonra başlayıb.

Hazırda dünya çempionatlarının seçmə mərhələlərində doğma meydanda uduzmayan yeganə komanda İspaniya millisidir.

Qeyd edək ki, Braziliya millisi seçmə mərhələdə 6 turdan sonra 7 xalla altıncı pillədə qərarlaşıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi