Artıq “Azərişıq” da əhali arasında ciddi narazılıq yaradır

Artıq “Azərişıq” da əhali arasında ciddi narazılıq yaradır 

“Azərişıq” ASC-nin son aylardakı fəaliyyəti əhali tərəfindən ciddi narazılıqla qarşılanır. Vəziyyət o həddə çatıb ki, bu qurum fəaliyyəti ilə heç də əhalinin bütün təbəqəsini razı sala bilməyən digər xidmət sahələri “Azərsu” və “Azəriqaz”ı da geridə qoyub.

Faktinfo.az xəbər verir ki,sabiq sədr Baba Rzayevin rəhbərliyi dövründə “Azərişıq” ASC təkmil bir quruma çevrilmişdi. Demək olar ki, ölkə üzrə bütün texniki avandanlıqlar təzələnmiş, bu sahədə işlər yenidən qurulmuşdu. Baba Rzayev “Azərenerji”yə rəhbər təyin olunduqdan sonra işlək vəziyyətdə olan əvvəki sistemin normal fəaliyyətini davam etdirmək kifayət idi. Ancaq biz tamam başqa mənzərənin şahidiyik. Belə çıxır ki, sonradan əksər peşəkar kadrlar oradan uzaqlaşdırılıb və onları bu sahədə heç bir təcrübəsi olmayan şəxslər əvəz edib. Məsələn, sabiq icra başçısı, təqaüddə olan keçmiş polis rəisi və başqaları...

“Azərişıq”ASC-dən narazılıqla bağlı hələ ki, yalnız bir şikayəti diqqətə çatdırırıq. Belə ki, yanvar ayının 8-i və 9-u Bakının müxtəlif ərazilərində,o cümlədən Nizami rayonunun böyük bir hissəsinin işıqları söndürülüb. Bu da soyuq qış günlərində sakinlər üçün ciddi problemlər yaradıb. Üstəlik də, onlayn təhsil almağa məcbur olan şagirdlər və tələbələr tədrisdən kənarda qalıblar.

Həmçinin son aylar abonentlərə təqdim olunan qəbizlərdə əks olunan məbləğlər də ciddi narazılığa səbəb olur.Rayonlarda bu mövzuda vəziyyət daha ciddidir.Bu baş verənlərdən “Azərişıq” ASC-nin rəhbərliyinin məlumatsız olması isə inandırıcı görünmür.

Belə görünür ki,“Azərişıq” ASC-nin rəhbərliyində ciddi kadr islahatlarına ehtiyac var.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi