Atasını öldürən sürücünü maşınla vurdu: 1 ölü, 3 yaralı

Atasını öldürən sürücünü maşınla vurdu: 1 ölü, 3 yaralı 

Goranboy rayonunda avtomobil piyadanı vurub.

Hadisə rayonun Quşçular kəndində baş verib.

Məlumata görə, Müzəffər Salmanovu “Mersedes” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisədən xəbər tutan mərhumun oğlu, 38 yaşlı Əsgər Salmanov VAZ-2106 markalı avtomobillə atasını vuran şəxsi, Bəhruzu və onun atası, 1959-cu il təvəllüdlü Əli Nağıyevi vuraraq onlara xəsarət yetirib.

Daha sonra özü də maşınla qəzaya düşərək xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər