Avropa İttifaqı Rusiyanın 7 bankını SWIFT-dən ayırır

Avropa İttifaqı Rusiyanın 7 bankını SWIFT-dən ayırır 

Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiyanın SWIFT qlobal ödəniş sistemindən ayrılacaq yeddi bankının siyahısını təsdiqləyiblər. Bu barədə Report.az “Bloomberg”ə istinadən xəbər verir.

Qeyd edilir ki, onların arasında VTB, VEB kimi banklar da var.

"Avropa İttifaqının daimi nümayəndələri Rusiyanın yeddi bankını SWIFT maliyyə sistemindən ayırmağı razılaşdırıblar", - agentlik qeyd edib.

Agentliyin məlumatına görə, Aİ həmçinin “Sovkombank”, “Rossiya” və “Otkritie”, “Novikombank”ı da SWIFT-dən ayırmağa hazırlaşır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi