Avropanın Rusiya və Türkiyə qısqanclığı - Sərrac

Avropanın Rusiya və Türkiyə qısqanclığı - Sərrac 

Rusiya və Türkiyə Liviyada mövcud böhranlı vəziyyətin həlli üçün müsbət rol oynayır.

Bu sözləri Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac deyib.

O bildirib ki, məhz Moskva və Ankaranın sözügedən ölkə ilə bağlı fəaliyyəti Avropada narahatlıq yaradır:

“Liviyada 9 ay boyunca baş verən hadisələr fonunda Avropa heç nə etmədi”.

Xatırladaq ki, yanvarın 13-də Moskvada Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar arasında Rusiya və Türkiyənin iştirakı ilə görüş baş tutmuşdu.

Lakin Haftarın gözlənilmədən Moskvanı tərk etməsi görüşün nəticəsiz qalması və atəşkəs müqaviləsinin imzalanmaması ilə nəticələnmişdi./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi