
AZAL-ın TƏYYARƏSİNİ VURMAQ ƏMRİNİ BU GENERAL VERİB - Rütbəsi artırılıb + FOTO
Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərinin AZAL-a məxsus EMBRAER 190 təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti üzə çıxarılıb.
AzPolitika.info xəbər verir ki, bu barədə “Minval politika” məlumat yayıb.
“Biz EMBRAER 190 reysinin qəzaya uğramasında birbaşa iştirak etmiş bir neçə rus zabitinin adını öyrəndik. Onlardan biri artıq vəzifə artımı da alıb”, - deyə məlumatda bildirilir.
Məlumata görə, AZAL təyyarəsinin vurulması əmrini Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının 51-ci diviziyasının komandiri, general-mayor Aleksandr Tolopilo şəxsən verib.
İddialar podpolkovnik Orlyanskiyə istinadən verilib. O istintaqa deyib ki, əmri general Tolopilodan alıb və onu kapitan Paladisyuka çatdırıb. Hücum zamanı tətbiq olunan raket qurğuları Tolopilonun birbaşa tabeliyində olan bölmənin əmri ilə hərəkət edib. Bütün bunlar (raket qurğularının kimin tabeliyinə verilməsi) 2024-cü il 16 dekabr tarixli rəsmi raportla sənədləşdirilib.
Cinayət var, cəza yox – əksinə, mükafatlandırma!
Daha dəhşətlisi isə odur ki, Tolopilo heç bir məsuliyyət daşımayıb. O, istintaqda məsuliyyəti hava nəzarətçilərinin üzərinə atmağa çalışıb və “raketlər öz-özünə partladı” kimi uydurma bəyanatlar verib. Lakin Rusiya daxilində aparılmış daxili istintaq bu versiyanı təkzib edib.
Bütün bu saxtakarlıqlara baxmayaraq, general Tolopilo vəzifəsində saxlanılıb və hətta yüksəldilib!
Sənədlər Bakıya təqdim olunacaq
“Minval Politika”nın baş redaktoru Emil Mustafayev bildirib ki, əldə olunmuş fotoşəkillər, raportlar və ifadələr yaxın günlərdə Azərbaycan hüquq-mühafizə orqanlarına təqdim olunacaq.
Bu, birbaşa hərbi-siyasi cinayətin ifşası və Azərbaycanın hava məkanında törədilmiş beynəlxalq təxribatın arxasındakı fiqurların üzə çıxarılması deməkdir.

Bu xəbər üçün şərh yazın