Azərbaycan Azad Respublikaçılar Partiyasının (AARP) sədri Kamil Seyidov seçki dairəsini müəyyənləşdirdi

Azərbaycan Azad Respublikaçılar Partiyasının (AARP) sədri Kamil Seyidov seçki dairəsini müəyyənləşdirdi 

9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı cəmiyyətdə xüsusi aktivlik müşahidə olunmaqdadır.

Ölkədə gedən geniş və əhatəli islahatların yaratdığı ab-hava bu aktivliyi daha da artırmışdır. Əksər namizədlər artıq dairələrini müəyyənləşdirmiş, bir çoxları imzatoplama kampaniyasını da başa çatdırmışdır.

Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Rzaqulu oğlu Seyidov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürmüşdür.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi