Azərbaycan Gürcüstandan 19 milyon dollar həcmində investisiyanı geri çəkdi

Azərbaycan Gürcüstandan 19 milyon dollar həcmində investisiyanı geri çəkdi 

Bu ilin I yarısında Azərbaycan Gürcüstandan 19 milyon ABŞ dolları həcmində sərmayəni geri çəkib.

Report.az-ın  Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.


Həmin investisiyaların yanvar-mart üzrə məbləği 13,9 milyon dollar, aprel-iyun üzrə isə 5,1 milyon dollara bərabər olub.


Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Gürcüstan iqtisadiyyatına 409,4 milyon dollar xarici investisiya yatırılıb ki, bu da illik müqayisədə 25,5% azdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi