Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Xocalı faciəsi zamanı şəhid olanların xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Xocalı faciəsi zamanı şəhid olanların xatirəsinə həsr olunan anım mərasimi keçirilib 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Xocalı faciəsi zamanı şəhid olanların xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Faktinfo.az-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, əvvəlcə soyqırıma məruz qalmış xocalıların, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Cəmiyyətin sədri Əhməd Əhmədzadə xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 28 il əvvəl Xocalıda üzləşdiyini bildirib. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar olduğunu vurğulayıb.

Qeyd edək ki, Xocalı faciəsi zamanı şəhid olanların xatirəsinə həsr olunan anım tədbirləri Cəmiyyətin tabeliyində olan digər idarə və təşkilatlarda da keçirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi