
Azərbaycan Milli Kitabxanası Rusiya və Birlik ölkələrinin milli kitabxanalarının Sammitində təmsil olunub - FOTO
Azərbaycan Milli Kitabxanası 25-29 may tarixlərində Rusiyanın 2025-ci il Kitabxana Paytaxtı seçilmiş Udmurt Respublikasının İjevsk şəhərində keçirilən və Böyük Vətən Müharibəsinin 80 illik yubileyi, Rusiya Kitabxana Asssosiasiyasının və Ümumrusiya Kitabxana Gününün təsis edilməsinin isə 30 illik yubileyləri çərçivəsində təşkil edilmiş Rusiya Kitabxana Asssosiasiyası – Ümumrusiya Kitabxana Konqresinin XXIX illik konfransında iştirak edir.
Qeyd edək ki, “Qələbə. Birlikdə güclüyük” adlandırılmış il ilə bağlı təşkil edilmiş Konqres Udmurt Respublikası Hökumətinin dəstəyi, Udmurt Respublikası Milli Kitabxanası və Rusiya Dövlət Kitabxanasının təşkilatçılığı ilə baş tutur. Müxtəlif iclaslar, seminarlar, tematik bloklar, keys-laboratoriyalar, dəyirmi masalar, dialoqlar, yaradıcı görüşlər, treklər, master klasslar və müxtəlif mədəni tədbirlərlə davam edən konqresdə həmçinin nəşriyyat məhsullarının, yeni iformasiya texnologiyalarının və xidmətlərinin XXV sərgisi də təşkil edilib.
Tədbirlər çərçivəsində 28 may tarixində Avrasiya Kitabxanalar Assambleyası, Rusiya Dövlət Kitabxanası, Udmurt Respublikası Milli Kitabxanası və Qorçakov Fondunun təşkilatçılığı ilə Udmurt Respublikasının Milli Kitabxanasında Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Abxaziya, Qırğızıstan və s. milli kitabxanalarının iştirakı ilə “Qələbənin biblioqrafiyası: Birlik xalqlarının şücaət salnaməsi” mövzusuna həsr edilmiş Rusiya və Birlik ölkələrinin milli kitabxanalarının Sammiti keçirilib. Azərbaycan Milli Kitabxanasının Elmi-tədqiqat kitabxanaşünaslıq şöbəsinin müdiri, tar.ü.f.d. Aygün Koçak “Böyük Vətən Müharibəsi kontekstində Azərbaycan Milli Kitabxanasının tarixi-mədəni missiyası” adlı məruzə və təqdimatla çıxış edib.
Faktinfo.az



Bu xəbər üçün şərh yazın