Azərbaycan Milli Kitabxanası və Vatikan Apostol Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Milli Kitabxanası və Vatikan Apostol Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb -FOTOLAR

Faktinfo.az xəbər verir ki,Azərbaycan Milli Kitabxanası ilə Vatikan Apostol Kitabxanası arasında kitabxana-informasiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov və Vatikan Apostol Kitabxanasının prefekti Don Mauro Mantovani imzalayıblar.

Mərasimdə çıxış edən Don Mauro Mantovani Azərbaycan tərəfinə təşəkkürünü bildirərək memorandumun mövcud əlaqələrin möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ötən ilin oktyabrında Vatikana rəsmi səfərini və cari ilin iyununda Vatikan nümayəndə heyətinin Azərbaycana səfərini xatırladıb. Həmçinin 2025-ci il sentyabrın 10-da Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında imzalanmış memorandumu qeyd edərək, yeni sənədin həmin təşəbbüsün davamı olduğunu bildirib. Don Mauro Mantovani Azərbaycanın dəstəyi ilə bərpa edilmiş və rəqəmsallaşdırılmış əlyazmaların tədqiqatçıların istifadəsinə təqdim edilməsinin tarixi mənbələrin qorunması və elmi araşdırmalar üçün əhəmiyyətini vurğulayıb.

Kərim Tahirov qarşılıqlı səfər və görüşlərin səmərəli əməkdaşlığın formalaşmasına şərait yaratdığını bildirib. O, memorandumun nadir kitab və əlyazmaların qorunması, bərpası və mühafizəsi sahəsində birgə fəaliyyət üçün mühüm əsas yaradacağını, Vatikan tədqiqatçılarının Azərbaycanda qəbul edilməsinə, ortaq elmi araşdırmalar aparılmasına və kitabxana fondlarından qarşılıqlı istifadəyə hazır olduqlarını qeyd edib.Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacla münasibətlərə göstərdiyi diqqəti vurğulayıb. O, Heydər Əliyev Fondunun bu münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd edərək, imzalanan memorandumun iki ölkə arasında mədəni irsin qorunması və elmi əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradacağını bildirib.Memorandum kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, elektron kataloq və kitabxanalardan qarşılıqlı istifadə, məlumat bazalarının idarə olunması, kitab və nəşriyyat işi üzrə elmi tədqiqatlar, nadir nəşrlərin qorunması, bərpası və konservasiyasını əhatə edir. Sənəddə nadir kitab və əlyazmaların rəqəmsal nüsxələrinin paylaşılması, beynəlxalq kitab mübadiləsinin inkişafı, birgə sərgilərin və mədəni tədbirlərin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, təlim kursları, seminarlar, elmi konfranslar və simpoziumların keçirilməsi də nəzərdə tutulur.İmzalanmış memorandum iki kitabxana arasında əlaqələrin sistemli və uzunmüddətli institusional tərəfdaşlığa çevrilməsi baxımından əhəmiyyətlidir. Sənəd Vatikan Apostol Kitabxanasında qorunan Azərbaycan tarixi və mədəniyyətinə aid mənbələrin araşdırılması, nadir yazılı abidələrin elmi dövriyyəyə cəlb olunması, rəqəmsal resursların qarşılıqlı əlçatanlığının təmin edilməsi, ortaq elmi layihələrin həyata keçirilməsi və Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması üçün yeni imkanlar yaradacaq.

Mərasimdən sonra iştirakçılar Vatikan Apostol Kitabxanasında təşkil edilmiş sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan tarixi və mədəni irsinə aid nadir əlyazma və kitabların nüsxələri, Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa və rəqəmsallaşdırılmış nəşrlər, o cümlədən “Kitabi-Dədə Qorqud” nümayiş etdirilib. Həmçinin Papa Fransiskin 2016-cı ildə Azərbaycan və Gürcüstana apostol səfərini əks etdirən qızıl medal təqdim olunub.

Səfər çərçivəsində Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Vatikan Apostol Kitabxanasının fəaliyyəti, zəngin fondları, nadir əlyazma və qədim çap kitabları kolleksiyaları, eləcə də özünəməxsus memarlıq xüsusiyyətləri və bədii tərtibatı ilə seçilən tarixi zalları ilə yaxından tanış olub. Dünyanın ən qədim və nüfuzlu elmi kitabxanalarından biri olan Vatikan Apostol Kitabxanasında müxtəlif dillərdə nadir əlyazmalar, qədim çap kitabları, tarixi xəritələr, qrafik sənət əsərləri və qiymətli numizmatika nümunələri mühafizə olunur. Dünya mədəni irsinin mühüm xəzinələrindən biri hesab edilən kitabxana yazılı irsin qorunması, bərpası, rəqəmsallaşdırılması və elmi tədqiqi istiqamətində mühüm fəaliyyət həyata keçirir.

Faktinfo.az

Azərbaycan Milli Kitabxanası və Vatikan Apostol Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıbAzərbaycan Milli Kitabxanası və Vatikan Apostol Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıbAzərbaycan Milli Kitabxanası və Vatikan Apostol Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıbAzərbaycan Milli Kitabxanası və Vatikan Apostol Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıbAzərbaycan Milli Kitabxanası və Vatikan Apostol Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıbAzərbaycan Milli Kitabxanası və Vatikan Apostol Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıbAzərbaycan Milli Kitabxanası və Vatikan Apostol Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıbAzərbaycan Milli Kitabxanası və Vatikan Apostol Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıbAzərbaycan Milli Kitabxanası və Vatikan Apostol Kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪