Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Ankarada Türkiyə Milli Kitabxanasında qeyd edilib

Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Ankarada Türkiyə Milli Kitabxanasında qeyd edilib - FOTOLAR

20 dekabr tarixində Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Türkiyə Milli Kitabxanasında qeyd edilib.

Öncə Türkiyə Milli Kitabxanasının sərgi zalında “Azərbaycan Milli Kitabxanasının nəşrləri” adlı kitab sərgisinin açılışı baş tutub.

Faktinfo.az-a verilən məlumata görə,tədbiri Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və nəşrlər üzrə baş direktoru, Türkiyə Milli Kitabxanasının başkanı Taner Beyoğlu açıb. Taner Beyoğlu qardaş ölkənin nümayəndələrini Türkiyə Milli Kitabxanasında görməkdən məmnun olduğunu vurğulayıb və Azərbaycan Milli Kitabxanasını 100 illik yubiley münasibətilə təbrik edib və sözü Milli Kitabxananın direktoru professor Kərim Tahirova verib.

Kərim Tahirov çıxışında Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin qardaş ölkədə qeyd olunmasından məmnun  olduğunu bildirib,  Azərbaycan və Türkiyə Milli Kitabxanaları arasında ortaq mədəniyyətimizin inkişafına dair bir sıra layihələrin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.   

Sonra Azərbaycan Milli Kitabxanası haqqında videoçarxın nümayişi baş tutub.                                                                                                                   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxış edərək Türkiyə Milli Kitabxanası ilə mütəmadi olaraq birgə keçrilən tədbirlər, kitab təqdimatları haqqında danışıb. Son 3 ildə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq Kitab sərgilərində qardaş ölkənin fəal iştirakını qeyd edib.

Azərbaycan Respublikasının TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxışında hər iki ölkənin Milli Kitabxanasına gələcək fəaliyyətində uğurlar arzulayıb.                                                                                 Milli Kitabxananın əməkdaşı Fidan Bayramova Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi ilə bağlı elektron məlumat bazasını təqdim edib.

Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş “100 illik yol” adlı film, Milli Kitabxananın nəşrləri Türkiyə Milli Kitabxanasına hədiyyə edilib.

 Yubiley tədbirləri davam edir. Növbəti tədbir 21 dekabr tarixində TÜRKSOY-un İqamətgahında keçiriləcək.

Faktinfo.az


Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Ankarada Türkiyə Milli Kitabxanasında qeyd edilibAzərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Ankarada Türkiyə Milli Kitabxanasında qeyd edilibAzərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Ankarada Türkiyə Milli Kitabxanasında qeyd edilibAzərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Ankarada Türkiyə Milli Kitabxanasında qeyd edilibAzərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Ankarada Türkiyə Milli Kitabxanasında qeyd edilibAzərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Ankarada Türkiyə Milli Kitabxanasında qeyd edilibAzərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Ankarada Türkiyə Milli Kitabxanasında qeyd edilibAzərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Ankarada Türkiyə Milli Kitabxanasında qeyd edilibAzərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Ankarada Türkiyə Milli Kitabxanasında qeyd edilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi