Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələ

Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələ 

Azərbaycan-Qazaxıstan münasibətləri qədim tarixi köklərə malikdir. Etnik, mədəni, tarixi ortaq olan bu iki xalqın siyasi, diplomatik münasibətlərinin kökündə zamanın sınağından çıxmış dostluq, qardaşlıq dayanır.

 Türk dünyasının iki nəhəng siyatçisi-Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin əsasını qoyduğu bu siyasi münasibətlər zamanın sınağından uğurla çıxaraq həyatın demək olar ki, bütün sahələrini – iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrini əhatə etmişdir. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır. Ölkələrimiz arasında diplomatik əməkdaşlığın qurulmasından keçən 27 il ərzində münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçib. Xüsusən, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirib. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqelərimizin üst-üstə düşür.


Bu gün də bu əlaqələrin davam və inkişaf etdirilməsində Heydər əliyev kursunu uğurla davam etdirən və Türk dünyasının siyasi liderlərindən biri olan cənab İlham Əliyevin xidmətləri danılmazdır. Onun Türk birliyinin inkişafına verdiyi töhfələr tarixin şanlı səhifələrinə çevrilməkdədir. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.


Bu gün iki ölkə arasında yanacaq-energetika, nəqliyyat, logistika, informasiya–kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsi aparılır. 


Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.


Qazaxıstan və Azərbaycan yeni nəqliyyat-logistika marşrutu yaratmağı nəzərdə tutur. Bu məsələ “Samruk-Karzına” Səhmdar Cəmiyyətinin sədri Almasadam Satkaliyevin Azərbaycana səfəri zamanı rəsmi görüşlərdə müzakirə olunub. Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına töhfə verəcək.


Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək.


“Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” hər iki qardaş dövlətin xüsusi məsuliyyət qoyur. Bəyannamə əməkdaşlığın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyət üçün çox ciddi baza kimi xidmət edəcəkBirgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyinin qeyd edilməsi xüsusi önəm daşıyır. Bu da Azərbaycanın beynəlxalq sferada, həmçinin postsovet məkanında regional lisderə çevrilməsinin əyani sübutlarından biridir.


Eltun Süleymanov,
Nəsimi Rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın sədr müavini

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər