Azərbaycana xaricdən idxal edilən zeytun yağının qiyməti bahalaşacaq

Azərbaycana xaricdən idxal edilən zeytun yağının qiyməti bahalaşacaq 

Dünyada baş verən həddindən artıq isti və quraqlığın mənfi təsirləri nəticəsində zeytun yağı üçün nəzərdə tutulmuş məhsul gözləntisi özünü doğrultmayıb.

Faktinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlamanı Avropa Komissiyası yayıb.Qurumun məlumatında bildirilir ki,2021-2022-ci illərdə 2 milyon 272 min ton olan zeytun yağı istehsalı,2023-cü ildə 1 milyon 120 min ton olacağı proqnozlaşdırılır.Bu rəqəm isə son 5 ilin ən aşağı göstəricisidir.Avropa Komissiyasının məlumatında o da qeyd olunur ki,zeytun yağı istehsalının iki dəfəyədək aşağı düşməsi qiymətlərə təsirsis ötüşməyəcək.

Bu mənada yayılan hesabatı nəzərə alıb qiymətləndirsək,qarşıdakı aylarda  xaricdən Azərbaycana idxal edilən zeytun yağının qiymətində bahalaşmanın olacağını bəri başdan söyləmək olar.

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi