Azərbaycanda 3 yaşlı ABŞ vətəndaşı valideyninə qaytarılmır-

Azərbaycanda 3 yaşlı ABŞ vətəndaşı valideyninə qaytarılmır- Qızın qaytarılması üçün pul tələb olunur-FOTOLAR

ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində daimi əsaslarla yaşayan Azərbaycan vətəndaşı Lətafət Əzizova övladının Bakıda qaçırıldığını iddia edib.

Faktinfo.az xəbər verir ki, məsələ ilə bağlı Sabah.az-a müraciət edən qadın körpə qızının qaytarılması üçün ondan pul tələb olunduğunu deyib.


Lətafət Əzizova bildirib ki, müvafiq orqanlara məsələ ilə bağlı müraciət etsə də, ona köməklik göstərilmir:


"Azərbaycanlı bir şəxslə nikaha daxil olduqdan sonra birlikdə ABŞ-a köçmüşük. 2018-ci ilin iyunun 9-da qızımız Qloriya dünyaya gəlib. Övladım ABŞ vətəndaşıdır. 2019-cu ilin avqustunda Azərbaycana gəldim. Qızım da mənimlə gəlmişdi. Amerikada işlədiyim üçün uşağa baxa bilmirdim. Dayə isə çox maaş istəyirdi. Qərar verdim ki, övladımı Bakıda tanıdığım ailənin yanında saxlayım. Amerikada işlərimi yoluna qoyduqdan sonra gəlib qızımı götürüm.



Qızımı müvəqqəti saxlamaq üçün Abşeron rayonu, Hökməli qəsəbəsində daimi qeydiyyatda olan, lakin hazırda Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, ev 92 A ünvanında yaşayan tanıdığım və çox etibar etdiyim Şirəliyev Müşviq İnqilab oğluna vermişəm. Hər ay da onlara pul göndərirdim ki, uşağın ehtiyacları ödənsin. Bir müddət sonra uşağımı götürməyə gəldim. Amma övladımı mənə vermirlər. Artıq dözülməz bir vəziyyətdəyəm və özümə qəsd etmək istəyirəm. Hansı zamanda yaşayırıq ki, öz doğma uşağını başqa şəxs özününküləşdirsin? Müşviq Şirəliyevi mənim övladıma bağlayacaq hər hansı nə hüquqi əsas var, nə də buna onun ixtiyarı çatır. Uşağımı qaytarmaq üçün məndən 40 min manat istəyir. Göz görə-görə övladımı əlimdən alıblar.



Bu məsələ ilə əlaqədar dəfələrlə polisə şikayət etmişəm. Onu uşağı qanunsuz olaraq övladlığa götürmək istəyi və özbaşınalığına görə polisə vermişəm. Hazırda iş Xəzər Rayon Polis İdarəsinin icraatındadır. İki dəfə Xəzər Rayon Polis İdarəsində olmağıma baxmayaraq, şikayətimə baxılmır, cinayət işinin başlanması barədə qərar indiyənə qədər qəbul edilmir. Uşağımın səhhətindən, məndən getdikcə soyumasından narahatam. Uşağın məni unudub, hazırda yanında olanları özünə valideyn kimi görməsinə görə həyəcan keçirirəm. Bir aydan çoxdur övladımı ala bilmirəm. Övladımın o şəxsdən alınıb mənə qaytarılmasını tələb edirəm".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər