Azərbaycanda əhalinin nağd dollar alışı azalıb

Azərbaycanda əhalinin nağd dollar alışı azalıb 

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin may ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 27,100 mln. ABŞ dollarının xalis satışını həyata keçirib.

Məlumata görə, ardıcıl üçüncü aydır ki, banklar tərəfindən əhaliyə dollar satışı alışı üstələyir. May ayında banklar tərəfindən əhaliyə 187,495 mln. dollar satılıb, bu müddətdə isə əhalidən 160,395 mln. dollar alınıb.

Aprel ayı ilə müqayisədə nağd dollar satışında əvvəlki ayla müqayisədə 2,9 dəfə azalma, alışında isə 19,8% artım qeydə alınıb. Beləliklə, bankların əhaliyə xalis nağd dollar satışında 15 dəfə azalma qeydə alınıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi