Azərbaycanda işsizlərin sayı artdı –

Azərbaycanda işsizlərin sayı artdı – Son məlumat

Bu ilin aprel ayının 1-ə olan məlumata görə Azərbaycanda 302,5 min nəfər işsiz şəxs olub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 3 ay ərzində ölkədə işsizlərin sayı 0,3 min nəfər artıb.

Onu da bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə iqtisadi fəal əhalinin sayı 5 milyon 361,6 min nəfər olub və onlardan 5 milyon 59,1 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.

Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 19 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb.

İllərİşsizlərin sayı
(min nəfər)
1 yanvar 2006317,8
1 yanvar 2007291,2
1 yanvar 2008281,1
1 yanvar 2009262,2
1 yanvar 2010260,2
1 yanvar 2011258,3
1 yanvar 2012250,9
1 yanvar 2013243,1
1 yanvar 2014236,6
1 yanvar 2015237,8
1 yanvar 2016243,7
1 yanvar 2017252,8
1 yanvar 2018251,7
1 yanvar 2019253,8
1 yanvar 2020251,6
1 yanvar 2021375,9
1 yanvar 2022315,7
1 yanvar 2023302,2
1 aprel 2023302,5
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi