Azərbaycanda qaz istehlakı 3,4 % azalıb

Azərbaycanda qaz istehlakı 3,4 % azalıb 

Bu ilin ikinci rübündə ölkə daxilində təbii qazın faktiki istehlak səviyyəsi 2,157 milyard kubmetr təşkil edib.

Bu barədə SOCAR-ın bu ilin II rübündə həyata keçirdiyi qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı yaydığı hesabatda deyilir.

Bildirilir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.

Xatırladaq ki, 2020-ci ilin ikinci rübündə Azərbaycanda ölkə daxilində təbii qazın istehlak həcmi 2,234 milyard kubmetrə yaxın olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi