Azərbaycanda Turizmlə Bağlı Yeni QHT təsis olundu

Azərbaycanda Turizmlə Bağlı Yeni QHT təsis olundu 

Ölkədə turizm sektorunun inkişafı üçün böyük imkanlar var.

Pandemiya istər Azərbaycanda, istərsə də dünyada bu sahəyə ciddi ziyan vursa da, artıq turizm sferasında inkişaf prosesi gedir və bu sektora maraq göstərən təsisatların sayı da artır.

Bu günlərdə “Azərbaycan Turizm Şirkətləri Və Otelləri Assosiasiyası” adlı yeni QHT-nin yaradılması bu tendensiyanın real ifadəsidir.

Faktinfo.az xəbər verir ki,Assosiasiyanın həmtəsisçilərindən biri Nizaməddin Hüseynzadə TurTv.az saytına verdiyi müsahibədə bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunan təşkilat hüquqi və fiziki şəxslərin birliyini təşkil edəcək. Həmtəsisçi yeni assosiasiyanın yaradılmasının aktual tərəflərinə toxunaraq bunları qeyd edib: “Qlobal problemə çevrilmiş “COVID-19” pandemiyası hər bir ölkədə olduğu kimi, Azərbaycanın turizm sənayesinə də təsirsiz ötüşməyib. Odur ki, turizm sektorunun daha da cəlbedici olacağı proqnozlaşdırılan postpandemiya dövrü qarşıya yeni hədəflər qoyur. Assosiasiyanın təsis edilməsi məhz bu sektorun dirçəlməsinə, inkişafı, habelə, kommunikasiya və ixtisaslaşmış kadrların hazırlanmasına dəstək verən lokal və qlobal layihələrihəyata keçirməkdən ibarətdir.

Xüsusilə, sosial turizm sahəsinə aid  proqramlar daha aktual səciyyə daşıyır. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərin turizm potensialı, habelə, bölgənin təbii resurslarının dünyaya təqdimatı ilə bağlı layihələrə də önəm veriləcək. N.Hüseynzadə hesab edir ki, bu addımlar turizm sənayesinin inkişafında əhəmiyyətli rol oynayacaq. Assosiasiya artıq lahiyələrə start verib və yaxın zamanlarda bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi