AZƏRBAYCANDA UNİKAL MƏHKƏMƏ SİSTEMİ: RÜŞVƏT ALARKƏN TUTULAN İCRA BAŞÇISI ARTIQ EVDƏ "DİNCƏLƏCƏK"

AZƏRBAYCANDA UNİKAL MƏHKƏMƏ SİSTEMİ: RÜŞVƏT ALARKƏN TUTULAN İCRA BAŞÇISI ARTIQ EVDƏ "DİNCƏLƏCƏK" 

Azərbaycanda belə bir gözəl məhkəmə sistemi formalaşmaqdadır...

Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayevdən miras qalmış bu sistemin fəlsəfəsi belədir ki: vəzifə başında rüşvət al, məhkəmə 8, 6 il azadlıqdan məhrumetmə hökmü çıxarsın, sonra Apellyasiya Məhkəməsi bunu 6 il etsin, Ali Məhkəmə isə 6 ili 4,6 ilə endirib sən rüşvətxoru məntəqə tipli müəssisəyə göndərsin ki, get, kef elə! İnanmırsız??? Budur, Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.İzah edim necə: Belə bir qərar Bakının Nizami Rayon Məhkəməsində keçirilən prosesdə qəbul edilib.Hansı ki, Ceyhun Cəfərov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəfərov vəzifə səlahiyyətlərindən istifadə etməklə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum etmişdi...  Şirvan Apellyasiya Məhkəməsi cinayət işi üzrə dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq həbs müddətini 6 ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirib rüşvətxor başçını faktiki evinə göndərmişdir...

Bax belə! Bundan da gözəl məhkəmə sistemi olarmı?! Yəni, böyük məbləğdə rüşvət al, bir- iki ilə get evdə istirahət elə...

Xatırladırıq ki, bu məhkəmə humanizmi 300-500 manat rüşvət alanlara şamil edilmir...

A.Məmmədli

Təzadlar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi