Azərbaycanın keçmiş xarici işlər naziri vəfat edib- 82 yaşında

Azərbaycanın keçmiş xarici işlər naziri vəfat edib- 82 yaşında 

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat edib.

O, 82 yaşında İsveçrədə dünyasını dəyişib.

Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı.

Qeyd edək ki, T.Qasımov 1938-ci ildə anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra Azərbaycan Еlmlər Akadеmiyasının Fizika İnstitutunda işləyib.

O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı./report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi