Azərbaycanlı deputat Navalnının lehinə səs verib - AŞPA komitəsində

Azərbaycanlı deputat Navalnının lehinə səs verib - AŞPA komitəsində 

Aprelin 19-da Avropa Şurası Parlament Assambleyasının Hüquq Komitəsinin iclasında rusiyalı müxalifətçi Aleksey Navalnı ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycan nümayəndəsi, ReAL Partiyasından deputat Erkin Qədirli Navalnıya dəstək qətnaməsinin lehinə səs verib.

Sənəd bu gün -aprelin 20-də Assambleyanın plenar iclasında səsverməyə çıxarılıb. Qətnamədə Rusiya hakimiyyətinə Navalnını azad etmək və Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsindəki hökmünü tam icra etmək tələbi yer alır.

Avropa İnsan Hüquqları Məhkəməsi Navalnının ədalətli mühakimə edilmə hüququnu və qanunsuz cəza verildiyini tanıyıb, yerli məhkəmələri bu pozuntuların aradan qaldırılmasına çağırıb. Rusiya Ali Məhkəməsi hökmü qüvvədə saxlayıb. Avropa Şurası Nazirlər Komitəsi Navalnının hökmünün ləğv edilməsinə və təxirə salınmadan sərbəst buraxılmasına çağırıb.

Avropa Şurası Parlament Assambleyasının Hüquq Komitəsi Navalnının səhhətinin qeyri-insani rəftar nəticəsaində əhəmiyyətli dərəcədə pisləşdiyindən narahatlığını bildirib, həbs şəraitinin digər aspektlərinin Avropa İnsan Haqları Konvensiyası çərçivəsində daha çox problem yaratdığını və bununla bağlı şikayətlərinin cavabsız qaldığını bildirir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər